Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

12:05 - 27.06.2024


27 iyun, Fineko/abc.az. May ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5245,6 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,2 faizini təşkil edib.