11:28 - 25.06.2024
25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində orta aylıq əmək haqqı 1 244 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı Bakının Pirallahı rayonunda qeydə alınıb - 2 min 251 manat.
Səbail rayonu isə 2 min 135 min manatla ikincidir. Qaradağ rayonu 1 490 manatla üçüncü olub.
Hesabat dövründə ən aşağı göstəricilər min manatdan aşağı olmaqla Binəqədi (820 manat), Suraxanı (908 manat) və Sabunçu rayonları 919 manat) rayonları olub.
28 İyul 2026