12:38 - 9.08.2018
9 avqust, Fineko/abc.az. Sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib.
“Azərkosmos” ASC-in məlumatında deyilir lki, “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.
“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq”, - məlumatda belə deyilir.
“Azerspace-2” peykinin orbitə çıxarılmasını üzrə işlər qrafikə uyğun aparılır. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.
“Azerspace-2” peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxil olacaq.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026