Azərbaycana pambıq ixracından valyuta daxilolmaları artmaqdadır

15:53 - 24.05.2024


24 may, Fineko/abc.az. 2024-cü ilin ilk rübündə Azərbaycan xaricə ümumilikdə 37.49 min ton və ya 56.48 mln. dollarlıq pambıq lifi ixrac edib.

ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin müvafiq dövründə isə xaricə 16.94 min tonluq və ya 31.29 mln. dollarlıq pambıq lifi ixrac edilmişdi.

Burada diqqət çəkən məqam Azərbaycanın son bir ildə tapılan yeni müştərisi Türkmənistan ilə bağlıdır. Ölkə 2024-cü ilin ilk rübündə Azərbaycandan daha 4.41 min tonluq pambıq lifi alıb. Pambıq lifinin dəyəri 8 milyon 544.32 min ABŞ dolları təşkil edib.

Qalan 30.08 ton ($43.43 mln.) Türkiyəyə, 2.04 min ton ($3.15 mln.) Banqladeşə, 0.96 min ton ($1.34 mln.) isə İran İslam Respublikasına ixrac edilib.