09:35 - 24.05.2024
24 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda sabitdir.
London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 09:30-a qədər $0,02 (0,02%) azalaraq bir barel üçün $81,34-a düşüb. Mayın 23-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri barel başına $0,54 (0,66%) azalaraq $81,36-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:30-a qədər $0,04 (0,05%) azalaraq bir barel üçün $76,83-a düşüb. Mayın 23-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,70 (0,90%) azalaraq bir barel üçün $76,87-a düşüb.
Hər iki marka ardıcıl dördüncü sessiyanı mənfi ilə yekunlaşdırıb.
18 Avqust 2026