09:40 - 20.05.2024
20 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda qalxdıqdan sonra bazar ertəsi hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:34-də $0,30 (0,36%) artaraq bir barel üçün $84,28-a yüksəldi. Mayın 17-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersləri $0,71 (0,85%) artaraq bir barel üçün $83,98-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:34-də $0,22 (0,28%) artaraq bir barel üçün $80,28-a çatıb. Mayın 17-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,83 (1,05%) artaraq bir barel üçün $80,06-a çatıb.
Ötən həftə Brent markalı neft 1,44%, WTI nefti isə 2,30% bahalaşıb.
18 Avqust 2026