12:05 - 17.05.2024
17 may, Fineko/abc.az. Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb.
ABC.AZ xəbər verir ki, bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, hasarlanma parkın ərazisinin genişləndirməsi ilə əlaqədardır:
“Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.
28 İyul 2026