Nazir iddia edir ki, Azərbaycanın rabitə sektorunda gəlirləri 13% artıb

14:50 - 13.05.2024


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.040,2 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.040,2 milyon manat olub”, - paylaşımda qeyd olunur.