11:25 - 8.05.2024
8 may, Fineko/abc.az. Amerikanın “Amazon” korporasiyası növbəti beş il ərzində Asiya-Sakit Okean regionunda bulud infrastrukturunun və xidmətlərinin inkişafına təxminən 9 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, investisiyaların qoyulacağı əsas yer Sinqapur olacaq.
Qeyd edək ki, 2018-ci ildən 2023-cü ilə kimi, şirkət Sinqapura 8.5 milyard dollar sərmayə qoyub. Bundan əlavə, “Amazon”un bulud bölməsi “Amazon Web Services” (AWS) Sinqapur hökuməti, dövlət təşkilatları və özəl qurumlarla birlikdə xüsusi layihəyə start verdiyini elan edib.
Müəllif: Elmir Murad
12 Avqust 2026