10:51 - 8.05.2024
8 may, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 97.735 ədəd belə NKA quraşdırılıb.
2024-cü ilin yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7.3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.1 faiz çoxdur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026