İkinci türk astronavtı suborbital uçuş həyata keçirəcək — Tarix açıqlandı

18:05 - 7.05.2024


7 may, Fineko/abc.az. Daha əvvəl kosmosa uçuşa hazırlaşan ikinci türk astronavtı Tuva Cihangir Atasever iyunun 8-nə planlaşdırılan suborbital uçuşa hazırlaşır.

ABC.AZ xəbər verir ki, təxminən 1,5 saat davam edəcək uçuşda türk astronavtı Atasever suborbital VSS Unity kosmik gəmisində olacaq. Gəmi təxminən 45 min fut hündürlüyə çatacaq və sonra hibrid yanacaqlı raket mühərriki ilə təxminən 90 km yüksəkliyə qalxacaq. Sərbəst düşmə mərhələsi təxminən 3 dəqiqə çəkəcək. Bu mərhələdə mikroqravitasiya şəraitində bioloji molekullardan gen analizinə, metabolik dəyişikliklərdən supressor hüceyrələrə, insulin qələmindən radiasiya analizinə qədər 7 təcrübə aparılacaqdır.