14:45 - 1.05.2024
1 may, Fineko/abc.az. Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 635 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 909 min manat və ya 3% azdır.
Ötən ilin yanvar-mart aylarında bu göstərici 70 milyon 544 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 20 milyon 262 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 222 min manat və ya 19% çoxdur.
Ötən ilin eyni dövründə 17 milyon 41 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 30% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 25% təşkil edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026