14:06 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayında əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.4 faiz qiymət artımı qeydə alınıb.
Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0.9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1.3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026