17:15 - 25.04.2024
25 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprelin 27-28-də paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
ABC.AZ xəbər verir ki, yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək.
“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026