16:19 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Çinin Huawei texnologiya şirkəti Qiankun yeni brendini təqdim edib.
ABC.AZ xəbər verir ki, şirkət avtopilot sistemlərini, həmçinin səs sistemi və sürücü oturacağı idarəetmələrini satacaq, deyə Huawei Intelligent Automotive Solution (IAS) bölməsinin rəhbəri Jin Yuzhi bildirib.
İl ərzində Qiankun sistemləri ilə ondan çox avtomobil modeli bazara çıxarılacaq.