11:02 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Həyatımızı asanlaşdırsa da, smartfonların həm də insan bədəninə mənfi təsir edən tərəfləri də var. Belə ki, smartfonlar radiasiyay yaymaqla insan sağlamlığı üçün məüyyən risk yaradır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, smartfonların buraxdığı radiasiyanın miqdarı Xüsusi Absorbsiya Dərəcəsi (SAR dəyəri) ilə ölçülür. SAR dəyəri kiloqrama düşən güc kimi müəyyən edilir.
Almaniya Federal Radiasiyadan Mühafizə Ofisinin paylaşdığı ən az radiasiya yayan telefonlar siyahısına baxdığımızda “ZTE Blade V10″un zirvədə olduğunu görürük.
İkinci yerdə “Samsung Galaxy Note 10+” və onun arxasında “Samsung Galaxy Note 10” qərarlaşıb. İki modelin yaydığı şüalanma baş və bədən üçün müvafiq olaraq 0,19 Vt/kq – 0,28 Vt/kq və 0,21 Vt/kq – 0,29 Vt/kq təşkil edir.
Ən az radiasiya yayan smartfonlar aşağıdakı kimi sıralanıb:
1 ZTE Blade V10
2 Samsung Galaxy Note 10+
3 Samsung Galaxy Note 10
4 LG G7 ThinQ
5 Huawei P30
6 Xiaomi Redmi Note 2
7 Honor X8
8 Apple iPhone 11
9 Realme GT Neo 3
10 Samsung Galaxy A53 5G
11 Samsung Galaxy A23
12 OPPO Reno7
13 Xiaomi 12X
14 OnePlus 10 Pro
15 Vivo X80
16 Google Pixel 6
17 Motorola Moto G50 5G
18 Realme GT Neo 2
19 Samsung Galaxy A73 5G
20 OPPO Find X5 Lite