10:20 - 15.04.2024
15 aprel, Fineko/abc.az. “Telegram” yeni funksiyanı işə salıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq bu messencerdə də stiker düzəltmək mümkündür. Bunun üçün mesaj bölməsində “stiker”, sonra isə “+” işarəsi üzərinə klikləmək lazımdır.
Növbəti mərhələdə stikerə çevirmək istədiyiniz şəkli seçməlisiniz.
Siz onu kəsə, fonunu silə, üzərinə yazı və ya emoji əlavə edə, hətta GIF-ə çevirə bilərsiniz.
Şəkildən düzəltdiyiniz stikerə həmçinin ağ kontur əlavə etmək mümkündür. İstifadəçilər həmçinin kolleksiyalarına mövcud stikerlərdən hər hansı birini əlavə edə bilərlər.
17 Avqust 2026
15 Avqust 2026