10:09 - 8.04.2024
8 aprel, Fineko/abc.az. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2023-cü ili 57 194 manat xalis mənfəətlə başa vurub. Şirkət 2022-ci ildə 170 150 manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın azalma deməkdir.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il “Aqrar Sığorta”nın gəlirləri 11 milyon 381 min manat (əvvəlki ilə nisbətən 35% az), o cümlədən investisiya gəlirləri 84 min manat (12% az), xərcləri 11 milyon 307 min manat (35% az), mənfəət vergisi ödəmələri isə 17 min manat (2.6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 13 milyon 532 min manat olub ki, bu da illik müqayisədə 6% azdır.
Hesabat dövründə şirkətin öhdəlikləri 6% azalaraq 11 milyon 262 min manata, balans kapitalı isə 5% azalaraq 2 milyon 270 min manat olub.
27 İyul 2026