10:38 - 6.04.2024
6 aprel, Fineko/abc.az. "Mikroavtobusla Sumqayıt -Bakı və əks istiqamətə sərnişin daşıyan sürücülər taksi kimi işləyə bilməz''.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Bu istiqamətdə sərnişin daşıyan avtobuslara qarşı mərkəzləşmiş qaydada tələblər qoyulsa da, bəzi sürücülər bu qaydalara riayət etmirlər. Əksinə, onlar taksi kimi işləyirlər.
Hər gün bu tip nəqliyyat vasitəsi ilə sərnişin daşıyan sürücülər də qanuni işləməyin tərəfdarıdılar. Onlar lazımi sənədləri toplayıb, rüsum ödəməklə aidiyyəti quruma verməyə hazır olduqlarını deyirlər.
Sözügedən məsələ ilə bağlı Xəzər tv-nin hazırladığı videomaterialı sizə təqdim edirik.
10 Avqust 2026