"Ford” şirkəti elektrikli avtomobilin istehsalını 3 ilik təxirə saldı

12:32 - 5.04.2024


5 aprel, Fineko/abc.az. "Ford” çoxdan gözlənilən elektrik avtomobilləri üçün bəzi gecikmələr elan edib. 

ABC.AZ xəbər verir ki, avtomobilin gələn il buraxılması planlaşdırılırdı, lakin indi 2027-ci ilə təxirə salınıb.

Gələn il buraxılması gözlənilən avtomobilin 2027-ci ilə təxirə salınması ilə bağlı şirkət bu əlavə vaxtdan inkişaf edən akkumulyator texnologiyasından yararlanmaq üçün istifadə edəcəyini iddia edib.

“Ford” rəsmiləri sözügedən avtomobillərin işə salınmasının təxirə salınma səbəbini belə izah ediblər: "Elektrik avtomobillərin istehsalının gecikməsi bizdən asılı deyil, müəyyən çətinliklərdən yaranıb. Amma, çalışacağıq ki, işçi qüvvəsi məsələsini tez bir zamanda həll edib, işə salınmanı həyata keçirək".

Müəllif: Elmir Murad