10:26 - 1.08.2018
1 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,65 (0,85%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,75 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 31 iyul tarixli ticarətin nəticəsində 1,37 dollar (1,95%) enərək bir barelə 68,76 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 31 iyul tarixli ticarətin nəticəsində 0,76 dollar (1,01%) enərək bir barelə 74,21 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 31 iyul tarixli ticarətin nəticəsində 5,45 dollar / barelə təşkil edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026