11:45 - 3.04.2024
3 aprel, Fineko/abc.az. Bu gündən Rusiyanın “IrAero” aviaşirkəti Çelyabinsk-Bakı-Çelyabinsk marşrutu üzrə uçuşlara başlayır.
ABC.AZ xəbər verir ki, reyslər hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.
Sərnişinlər Çelyabinskdən Bakıya yerli vaxtla saat 18:00-da yola düşəcək və saat 20:00-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 3 saatdır. Uçuşlar “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.
Qrafikə əsasən, təyyarə Bakıdan ertəsi gün saat 13:00-da Çelyabinskə qayıdacaq. Planlaşdırılan eniş vaxtı saat 16:50-dir. (Report)
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026