Almaniya gömrüyü Rusiyadan uran daşıyan yük gəmisini saxlayıb

11:09 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Sankt-Peterburqdan ABŞ-a gedən Atlantic Navigator II yük gəmisi zədələnmə səbəbindən Rostok limanına daxil olmaq məcburiyyətində qalıb. Yoxlama zamanı Gömrük müfəttişləri gəmidə AB sanksiyaları altında olan malları aşkar ediblər və gəminin yola davam etməsinə qadağan ediblər.

ABC.AZ xəbər verir ki, məlumata görə, gəmi taxta və uran daşıyırdı və məhz taxta məhsuluna görə saxlanılıb. Norddeutsche Neueste Nachrichten yazır ki, həmin taxta məhsulu, adı AB-nin sanksiya siyahısına daxil edilmiş Rusiya oliqarxının fabriklərindən idi.