"Kristall Plus"un fəaliyyətində nöqsanlar aşkarlayıb

17:28 - 2.04.2024


2 aprel, Fineko/abc.az. "Kristall Plus" Qapalı Səhmdar Cəmiyyətinə xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı qanunvericiliyin tələblərini pozduğu üçün cərimə protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zamiq Bağırovun sədrliyi ilə araşdırılacaq.

"Kristall Plus"un barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.