14:07 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Gürcüstandan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa investisiyaların həcmi 2023-cü ildə artıb.
ABC.AZ Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, ötən il Gürcüstan Azərbaycan iqtisadiyyatına 39.65 mln. ABŞ dolları həcmində investisiya yatırıb.
Bu 2022-ci ildə qeydə alınmış 25.3 mln. dollarla müqayisədə 14.35 mln. dollar və ya 57% çoxdur.
Azərbaycan isə Gürcüstan iqtisadiyyatına hesabat müddətində 87.24 mln. dollar investisiya yatırım ki, bu da illik 33 faiz artımdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026