Azərbaycan Doing-Business - 2018 hesabatında 57-ci yerdə qalxdı

12:40 - 1.11.2017


Azərbaycan Doing-Business - 2018 reytinqində 57-ci yeri tutdu.

Dünya Bankı Qrupunun “Biznesin idarə edilməsi” illik məruzəsində deyildiyi kimi, Azərbaycan, 2017-ci ildə tutduğu 65-ci yerdən qalxıb 190 ölkə arasında 57-ci yeri tutdu.

“Avropa və Mərkəzi Asiya  regionunun ölkələri işgüzar iqlimin yaxşılaşmasına, iş yerlərinin yaradılmasına və iqtisadi artımın sürətlənməsinə yönəldilmiş fəal islahatları həyata keçirməyə davam edir.

Bu gün təqdim edilmiş “İş yerlərinin yaradılması üçün islahatlar” adlı 2018-ci il ərzində “Biznesin idarə edilməsi” məruzəsində qeyd edilmişdir ki, keçən il regionun ölkələri toplam olaraq 44 islahat həyata keçirdi. Beləliklə, son 15 il ərzində regionda keçirilmiş islahatların ümumi  sayı 673 təşkil etdi”, - hesabatda belə deyilir.

Hesabata əsasən, 2006-cı ildən 2018-ci ilə qədər  dövr ərzində Azərbaycanda biznesin idarə edilməsinin sadələşdirilməsi üçün 31 islahat, xüsusilə müəssisələrin qeydiyyatı sahəsində 7 islahat, tikintiyə icazə alınması sahəsində 2 islahat, elektrik təchizatı sisteminə qoşulma sahəsində 1 islahat, mülkiyyətin qeydiyyatı sahəsində 2 islahat,  5 islahat kredit alınması sahəsində və 3 islahat minoritar investorların müdafəsi sahəsində, 5 vergi tutma sahəsində, 3 islahat  beynəlxalq ticarət sahəsində, 2 – müqavilələrin icrasının təminatı sahəsində, 1 islahat – ödəmə qabiliyyəti olmaması sahəsində reallaşdırılmışdır.