Ölkədə POS-terminalların sayı 14.4% artıb

16:36 - 29.03.2024


29 mart, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2%, POS-terminalların sayı 14.4% artıb.

90 505 ədəd Pos-terminalın 58 997 ədədi Bakıda, 31 508 ədədi isə regionlarda yerləşir.  3 136 ədəd bankomatın isə 1 626 ədədi Bakıda, 1 510 ədədi isə regionlardadır.