15:31 - 28.03.2024
28 mart, Fineko/abc.az. Xarici şirkətlərin Rusiyadan getməsindən itkiləri 107 milyard dollardan çoxdur.
ABC.AZ xəbər verir ki, korporasiyaların Rusiyadan kütləvi getməsi 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra başladı. O vaxtdan etibarən zərərləri silinmə və əldən çıxmış fayda şəklində hesablayırlar.
Zərərlərin həcmi keçən ilin avqust ayında son sayımdan etibaən üçdə bir həcmə artdı və maliyyə zərbəsinin miqyasını vurğuladı.
Hal-hazırda, bu il Shell, HSBC, Polymetal International və Yandex NV-yə məxsus aktivlərin təxminən 10 milyard dollar dəyərində 90%-ə qədər endirimlə satıldığı elan edilib. Keçən həftə isə Danone bildirmişdi ki, öz Rusiya aktivlərini satmaq üçün tənzimləyici orqanlardan təsdiq alıb və ümumi zərər 1,3 milyard dollar təşkil edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026