Azərbaycanda ixracla məşğul olan sahibkarlar azalıb

16:57 - 27.03.2024


27 mart, Fineko/abc.az. Xarici ticarət iştirakçısı olan şirkətlərin sayı 6 minə yaxınlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin iki ayında xarici ticarət iştirakçılarının sayı 17 894, o cümlədən fiziki şəxslərin sayı 11 904, hüquqi şəxslərin (şirkətlərin) sayı 5 990 olub.

Hüquqi şəxslərin 5 867-si özəl sektordan, 123-ü dövlət sektorundan olub. 

Ötən il xarici ticarət iştirakçılarının sayı 18 167, o cümlədən fiziki şəxslərin sayı 12 697, hüquqi şəxslərin sayı 5 470 olmuşdur. Hüquqi şəxslərin 5 313-ü özəl sektordan, 157-si dövlət sektorundan idi.