Çində “özü çoxalan” dronlar yaradıldı — ağcaqayın toxumu şəklində aparatlara parçalanır

15:24 - 19.03.2024


19 mart, Fineko/abc.az. Çin alimləri tək aparatın sürüyə çevriləcəyi platforma barədə düşünürlər. Bu, onlara fövqəladə işlərdə üstünlük verərdi.

ABC.AZ xəbər verir ki, təbiət belə bir platformanın yaradılmasına kömək edib. Ən yaxşı həll ağcaqayın toxumunun aerodinamikası olub.

Yalnız bir “pər”dən asılı qalan bir toxum — kütlə mərkəzi ətrafında fırlanır və küləkli havalarda çox kilometrlik uçuşlar edə bilər. Dronların hər biri ağcaqayın toxumunun aerodinamikadan və formasından istifadə edir. Havada ayrıldıqdan sonra dronlar arasında yüksək sürətli rabitə təmin etmək də müəyyən bir problem olmuşdu. Ancaq ən çətin məsələlər həll olundu və texnologiya tədricən təkmilləşdirilir. Tərtibatçıların fikrincə, onun çox yaxşı perspektivləri var. Tək bir hədəf birdən altı müstəqil hədəfə çevrilir.