15:10 - 15.03.2024
15 mart, Fineko/abc.az. Hindistan Şərqi Sibirdə hasil edilən Rusiyanın Premium VSTO (ESPO) neftinin alışını dayandırıb.
ABC.AZ xəbər verir ki, daha öncər Yeni Delhi Saxalin yataqlarından başqa bir Premium nefti olan “Sokol” neftinin alışını dayandırdı.
Məlumata görə, ölkə artıq iki aydır ki, Rusiyanın premium dərəcəli neftini almır. VSTO-nun əsas neft istehlakçısı Çin olsa da (gündə 800 min barel, B/S, 2023-cü ildə), Hindistan da bu növün əsas alıcısı idi. VSTO, Şərqi Sibir yataqlarından şərqə tədarük olunan az kükürdlü (0,6%-dan az) neft növüdür.
12 Avqust 2026