Azərbaycanda pivə 10% bahalaşıb - Statistika

10:35 - 15.03.2024


15 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda pivənin yarım litrinin orta satış qiyməti 2.92₼ təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0.26₼ və ya 10% çoxdur.

Bununla yanaşı yerli istehsal olan pivənin yarım litrinin qiyməti 2.21₼ təşkil edib ki, bu da illik fərqlə 0.17₼ və ya 8% çoxdur.

Xaricdən gətirilmiş pivənin yarım litrinin qiyməti isə 3.84₼ təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0.38₼ və ya 11% çxdur.

Məlumat üçün bildirək ki. 2023-cü ilin yanvar ayında yarım l pivənin orta qiyməti 2.66 manat təşkil edib.