15:47 - 14.03.2024
14 mart, Fineko/abc.az. Türkiyənin iri texnologiya şirkəti, proqram təminatının hazırlanması, sistem inteqrasiyası, texnologiya xidmətləri sahəsində 27 ildən çox təcrübəyə sahib olan “Bilge Adam” Azərbaycana gəlir.
ABC.AZ xəbər verir ki, şirkət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə ötən il 19 aparıcı türk şirkətinin Azərbaycana səfəri çərçivəsində yerli biznes mühiti ilə tanış olub, əməkdaşlıq formatlarını dəyərləndirib.
Bunun nəticəsi olaraq burada öz törəmə şirkətini açacaq şirkət ilk fəaliyyətinə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı ilə əməkdaşlıq çərçivəsində start verəcək. Belə ki, şirkət həm öz texnoloji həlləri ilə, həm də güclü akademik heyəti ilə İKT sektorunda insan kapitalının inkişafına yönəlmiş layihələrdə iştirak edəcək. Şirkətin növbəti dövrlərdə Azərbaycanda fəaliyyətini və xidmət sahələrini genişləndirməsi nəzərdə tutulur.
17 Avqust 2026
15 Avqust 2026