11:42 - 14.03.2024
14 mart, Fineko/abc.az. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının işlə bağlı hər hansı çətinliyi olmur.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" adlı tədbirdə deyib. O bildirib ki, adıçəkilən mərkəzin məzunlarının 80-85 %-i təlimləri bitirdikdən dərhal sonra iş tapa bilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin "Technion" İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis etdiyini açıqlayan S.Məmmədov bildirib ki, mu mərkəz növbəti 3 il ərzində Azərbaycanda minə yaxın şəxsi kibertəhlükəsizlik təlimlərinə cəlb etməyi planlaşdırır. "Mərkəzi bitirən şəxslərin dərhal iş tapması da bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac olduğunu göstərir", - deyə nazir müavini qeyd edib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026