AQTİ-də baytarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün təlim-təcrübə kursu təşkil ediləcək

10:44 - 14.03.2024


14 mart, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında Lənkəran Dövlət Universitetində (LDU) baytarlıq ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisas üzrə təhsilini son 2 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək.

ABC.AZ xəbər verir ki, məqsəd, müvafiq sahə üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.

Təlim-təcrübə kursunun cari ilin aprelində başlanması və 3 ayadək davam  etməsi nəzərdə tutulur.