15:43 - 13.03.2024
13 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan sement zavoduna maya qoyulub.
ABC.AZ xəbər verir ki, “Reges Sement” MMC-nin (“Naxçıvan Sement Zavodu” MMC) nizamnamə kapitalı 1 222 012 manat və ya 3.4% artırılaraq 37 271 662 manata qaldırılıb.
Xatırladaq ki, Şirkət bir il öncə rebrendinq edib. 2023-cü ilin martına qədər “Naxçıvan Sement Zavodu” MMC kimi adlandırılırdı.
Zavodun nizamnamə kapitalı 2023-cü ilin yayına qədər 200 manat göstərilirdi və həmin tarixdən sonra 35 979 300 manata qaldırılmışdı.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026