“Baku Electronics”in dövlətə 1.2 milyon manat borcu yaranıb

14:31 - 13.03.2024


13 mart, Fineko/abc.az. "Baku Electronics” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Baku Electronics” MMC-nin vergi borcu 1 213 691.29 manatdır.  Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.