Yevlax Pilot Aqroparkında meyvə bağları salınacaq

11:52 - 13.03.2024


13 mart, Fineko/abc.az. Yevlax Pilot Aqroparkda “Yard Agro” MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, rezidentlər tərəfindən 57.7 hektar sahədə investisiya həcmi 781 min manat olan intensiv meyvə bağları salınacaq.

"16 nəfər daimi, 125 nəfər isə mövsümi işlə təmin ediləcək”- deyə, nazir bildirir.

“Yard Agro” MMC 2023-cü ilin sentyabrında yaradılıb, 10 manat nizamnamə kapitalı var, şirkətin qanuni təmsilçisi Leyla Hüseynova İlqar qızıdır.