11:12 - 13.03.2024
13 mart, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə olaraq “İnnoprom” beynəlxalq sənaye sərgisinin tərəfdaş ölkəsi kimi çıxış edəcək.
ABC.AZ xəbər verir ki, BƏƏ-nin "İnnoprom" da milli ekspozisiyası ölkənin əsas texnoloji layihələri və sənaye-iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə məlumat verəcək.
“İnnoprom-2024” iyulun 8-dən 11-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Rusiyanın 60-dan çox regionundan və ölkəsindən istehsalçıların iştirakı elan edilib. Sərgi Rusiyada əsas sənaye, ticarət və ixrac platforması kimi təqdim olunur, sərgini hər il 46 mindən çox mütəxəssis ziyarət edir. Ötən illərdə “İnnoprom”un tərəfdaşları Çin, Hindistan, Yaponiya, Koreya, Türkiyə, İtaliya, Qazaxıstan və Belarus olmuşdu.
13 Avqust 2026
13 Avqust 2026