Azərbaycanda bir ayda 231 ədəd kompüter yığılıb

10:12 - 13.03.2024


13 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda 231 ədəd stolüstü kompüter istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki illə müqayisədə 162 ədəd və ya 3,3 dəfə çoxdur.

2023-cü ilin yanvar ayında 69 ədəd kompüter istehsal edilmişdi. Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 2 dəfə artaraq 464 ədəd təşkil edib.