Azərbaycan məhsulları Amerikaya ixrac olunacaq

15:33 - 12.03.2024


12 mart, Fineko/abc.az. "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib. 

ABC.AZ xəbər verir ki, görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

"BGS Group" ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.

Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.