Gürcüstanın Telavi şəhərindəki "Mimino" filmindən məşhur olan hava limanı beynəlxalq olacaq

12:47 - 12.03.2024


12 mart, Fineko/abc.az. "Mimino" filmi ilə məşhur olan Telavidəki hava limanını beynəlxalq hava limanına çevriləcək.
Məlumata görə, bunun səbəbi, Kaxetiya bölgəsinin turistlərin qəbulu baxımından lider olmasıdır.

ABC.AZ xəbər verir ki, beləliklə, 2024-cü ilin may ayında uzun illər davam edən fasilədən sonra planlaşdırılan daxili reyslərin qəbulu ilə paralel olaraq, hava limanı beynəlxalq uçuşlara da xidmət göstərə biləcək.
Hava limanı rəsmi olaraq XVIII əsrin sonlarında Telavidə yerləşən gürcü kralı İkinci Heraklinin adını daşıyır. Lakin Gürcüstanda hər kəs onu məşhur filmin şərəfinə "Mimino" deyə adlandırır.
Məhz burada 1970-ci illərdə filmin epizodlarının çəkilmişdir.