2024-cü ildə Ukraynadan 600 min tondan çox kənd təsərrüfatı məhsulu Polşa üzərindən tranzit olaraq ixrac edildi

11:33 - 12.03.2024


12 mart, Fineko/abc.az. 2024-cü ilin əvvəlindən etibarən Ukraynadan 600 min tondan çox buğda, qarğıdalı və kolza Polşa üzərindən tranzitlə ötürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı nazirinin müavini Mixal Kolodzeyçak məlumat verib.

"Bu ilin əvvəlindən Polşa üzərindən Ukraynadan 90 min ton buğda, 370 min ton qarğıdalı və təxminən 200 min ton kolza keçirilib. 10 mart tarixinə bu, bizim üçün bütün məhsulların 600 min tondan çoxunu təşkil edir", — deyə o bildirib.
Kolodzeychak qeyd edib ki, "Ukrayna məhsullarının Polşa üzərindən tranzitinə icazə verilir".
Fevralın 9-da Polşa fermerləri Ukrayna ilə sərhəddə genişmiqyaslı etirazlara və nəzarət məntəqələrinin blokadasına başlamışdırlar. Onlar Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılmasını və ya tamamilə qadağan edilməsini, milli heyvandarlığa dəstəyin artırılmasını tələb edir, həmçinin Avropa İttifaqının 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan "Yaşıl kurs" strategiyası ilə razılaşmadıqlarını bildirirlər.