Azərbaycan bu ölkəyə alçipan ixracını kəskin artırıb

10:58 - 12.03.2024


12 mart, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə Gürcüstana ixrac etdiyi alçipan ixrac həcmini kəskin artırıb. 

ABC.AZ qonşu ölkənin rəsmi dövlət qurumlarına istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan Gürcüstana ixrac edilən alçipan həcmi 7.08 mln. m2 olub. Bu da illik müqayisədə miqdarın həcmi 74 faiz yüksəlib. 2022-ci ildə Gürcüstan ölkəmizdən 4.07 min m2 alçipan almışdı.

Yerli şirkətlərin qonşu ölkəyə ixracından gəliri 9 milyon 242.84 min ABŞ dolları təşkil etməklə öncəki ili 82 faiz üstələyib.

2023-cü ildə dəyərin miqdardan daha çox artım dinamikası qiymətlərin yüksəlməsi ilə ələqəli olub. Belə ki, 2022-ci ildə bir kvadrat metrinin orta qiyməti 1 dollar 20 sentə ixrac edildiyi halda, 2023-cü ildə 1 dollar 30 sentə yüksəlib.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə 97.76 mln. m2 həcmində Alçipan istehsal edib.