“Hyundai Steel” Rusiyada polad istehsalını bərpa edəcək

22:07 - 11.03.2024


11 mart, Fineko/abc.az. Cənubi Koreyanın “Hyundai Steel Co.” şirkəti, Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda ölkədəki fabrikini sıradan çıxardıqdan iki il sonra Rusiyada polad istehsalını bərpa edəcək.     

ABC.AZ xəbər verir ki, polad sənayesindəki mənbələrə görə, Hyundai Steel, Sankt-Peterburqda təxminən iki il boş qalan avtomobil polad zavodunun işini bərpa etmək qərarına gəlib.     
Qərar dekabr ayında Koreya avtomobil istehsalçısı Hyundai Motor-un eyni şəhərdəki fabrikini cəmi 100 dollara satın alan "Art Finance" MMC-nin törəmə şirkəti AGR Automotive Group-un sorğusuna cavab olaraq qəbul edilib.