16:14 - 11.03.2024
11 mart, Fineko/abc.az. Tədqiqatlar apardıqdan sonra aydın oldu ki, “20 Yanvar” layihəsinə 7 bağlantı, 7 yol qovşağı ilə birlikdə baxırıq.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini bildirib ki, əsas problem “20 Yanvar” deyil:
“Bu həll olunsa, digər istiqamətlərdə biz bu tıxacla rastlaşacağıq. Ona görə məsələyə kompleks baxırıq”.
O qeyd edib ki, cari il ərzində qatar parkının da sayı 2 dəfə artacaq:
“Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir. Bu da problemlərin həllinə yönələcək”.
17 Avqust 2026
15 Avqust 2026