Azərbaycanda 35 xarici şirkətin texnopark rezidentliyi təsdiqlənəcək

12:05 - 11.03.2024


11 mart, Fineko/abc.az. Cari ildə 35 xarici şirkətin texnopark rezidentliyinin təsdiqlənməsi və ofisinin açılması planlaşdırılır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosostemi departamentinin müdiri Yevgeniya Bikmurzina deyib.

O bildirib ki, burada əsas məqsəd yeni iş yerlərinin açılması, qlobal təcrübəni ölkəmizə gətirməkdir.