Azərbaycanda yerli kibertəhlükəsizlik məhsulu təqdim olunacaq

11:54 - 11.03.2024


11 mart, Fineko/abc.az. Bu ilin sonuna kimi yerli kibertəhlükəsizlik məhsulunun Azərbaycan bazarına təqdim olunması hədəflənir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ümumilikdə 400 nəfərə yaxın şəxsin təlimlərə cəlb olunması nəzərdə tutulub.

“Mərkəzin ilk 60 tələbəsi məzun olub, 78%-i işlə təmin olunub. Daha iki qeydiyyat dalğası (may və oktyabr aylarında) həyata keçirilib və 120 nəfər təlimlərə qoşulma şansı qazanıb”, – deyə Ş. Hacıyəhyayev qeyd edib.