2021-2023-cü illərdə rabitə sektoruna 792 milyon manat manat vəsait qoyulub

15:59 - 7.03.2024


7 mart, Fineko/abc.az. 2021-2023-cü illərdə rabitə sektoruna 792 milyon manat, informasiya sektoruna isə 133.6 milyon manat vəsait yatırılıb.

ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıdakı konfransda deyib.

O qeyd edib ki, hazırda ölkə əhalisinin 88.1%-i internetdən istifadə edir. Ümumilikdə isə ölkə ərazisində 3G və 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 100% yaxındır. Hazırda ölkəmizdə aktiv mobil internet abunəçilərinin sayı 8.8 milyon nəfərdən çoxdur. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil internet abunəçilərinin sayı 86 nəfər təşkil edir.

S.Məmmədov bildirib ki, Azərbaycan Respublikasında 150-dən çox internet operatoru və provayderinin 1.9 milyona yaxin sabit genişzolaqli internet abunəçisi var: “Bunun təxminən 70%-ə yaxınına internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir. Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 35.2 Mbps təşkil edir”.