Azərbaycan bir ədəd smartfonu Çindən 260 dollara idxal edib

12:00 - 7.03.2024


7 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xaricdən 334 milyon 347 min dollar dəyərində 1 milyon 267 min 29 ədəd smartfon gətirilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gətirilən smartfonların 240 milyon 58 min dollar dəyərində 921 min 623 ədədi Çindən, 22 milyon 56 min dollar dəyərində 74 min 520 ədədi Hindistandan, 68 milyon 121 min dollar dəyərində 266 min 990 ədədi Vyetnamdan idxal edilib. 

Çindən idxal edilən smartfonlar son bir ildə dəyər ifadəsi ildə 149 milyon 777 min dollar (2,7 dəfə), miqdar ifadəsində 513 min 715 ədəd artıb.

Azərbaycan bir ədəd smartfonu Çindən 260 dollara (443 manata) idxal edib. Çindən gətirilən smartfonlar son bir ildə 39 dollar (67 manat) və ya 17,7% bahalaşıb.

Hindistandan idxal edilən smartfonların dəyərində 2 milyon 654 min dollar (10,7%), miqdarında isə 13 min 805 ədəd (15,6%) azalma baş verib.

Lakin bu ölkədən gətirilmiş smartfonlar son bir ildə orta idxal qiyməti 16 dollar (28 manat) və ya 5,8% bahalaşaraq 296 dollara (503 manata) çatıb.

Vyetnamdan idxal edilmiş smartfonlara dəyər ifadəsi ilə 30 milyon 514 min dollar (81,1%) çox xərc çəkilib. İdxal sayında 89 min 225 ədəd (50,2%) artım olub.

Vyuetnamdan idxal edilən smartfonların orta idxal qiyməti 255 dollar (434 manat) təşkil edib ki, bu da 2022-ci illə müqayisdə 44 dollar (74 manat) və ya 20,6% çoxdur.